Əməliyyatdan öncə xəstəyə yaraşacaq burunun formasına necə qərar verilir?
E-saglam.az xəbər verir ki, lor həkimi Dr. Cavid İsmayılov ilk öncə onu qeyd eti ki, hər xəstəyə fərqli burun edir. Burun estetik əməliyyatının önəmli olan hissələrindən biri də planlamadır: "Əməliyyata mütləq planlı şəkildə girməkdir. Burada rol oynayan əsas faktorlardan biri xəstə ilə düzgün ünsiyyət qurub xəstənin burununda bəyənmədikləri nələrdir, istədikləri və istəmədiklərini göz önündə saxlamaqdır. Və mənim tövsiyələrimi də nəzərə alaraq, xəstəyə yeni burun formasına qərar veririk. Bizim məqsədimiz hər kəsə eyni burun edib də hər kəsi bir fabrikadan çıxmış kimi bir-birinə bənzətmək deyil əlbəttə ki. Burada 3 əsas hissəni də qeyd etmək istərdim. Xəstənin istədikləri, istəmədikləri və cərrahiyyənin verdiyi imkanlar.
Cərahiyyənin verdiyi imkanlar çox önəmlidir, misal üçün çox qalın dərili bir burunu olan xəstə bizdən çox kiçik bir burun istəyirsə, biz bunun mümkün olmayacağını və dərinizin imkan verdiyi yerə qədər kiçildə biləcəyimizi xəstəyə izah edirik ve bunun üçün də qeyd etdiyim kimi əməliyyat öncəsi xəstələrimizlə düzgün ünsiyyət qurub, doğru burun qərarını veririk. Artıq tipik estetikli bir görünüm günümüzdə bəyənilməməkdədir.
Aşırı qalxıq, burun belinin yonularaq çox içəriyə olması, öndən burun ucunun sıxılmış görünümü dövrü çoxdan bitdi. İnsanlar gözəl görünən, lakin əməliyyat olunduğu hiss edilməyən burun formasına üstünlük verməyə başladı. 2013-cü ildə bir jurnala verdiyim müsahibədə “Rinoplastikada yeni dövr” başlıqlı yazıda yaxın 5 ildə süni burunun heç kim tərəfindən bəyənilməyəcəyinin xəbərini vermişdim. Bu belə də oldu və artıq sürətlə təbiiliyə doğru insanlar yönəlməkdədir. Günümüzdə icra etdiyimiz burun estetikasında gəlinən son mərhələ olan “preservation rinoplastika”da bu yöndə atılan addımlardan biridir və sonda ən gözəl burun forması, üzünüzdə olan orqanlarla vəhdət təşkil edən, üzünüzü tamamlayan, yaxşı nəfəs alan burun formasıdır".