Faydalı
Ən çox asılılıq yaradan 2 spirtli içki
Faydalı
263

Ən çox asılılıq yaradan 2 spirtli içki açıqlanıb

İstənilən spirt sağlamlığa son dərəcə zərərlidir və müntəzəm istifadəsi ilə, hətta kiçik dozalarda belə, asılılıq yarada bilər. Bununla belə, iki növ içki ən çox asılılıq yaradır.

E-saglam.az xəbər verir ki,  Skandinaviya Sağlamlıq Mərkəzinin həkim-terapevti Olqa Çistik Lenta.ru ilə söhbətində onların adlarını çəkib.

Ən çox asılılıq yaradan araq və viskidir. Bu, onların beyinə, sinir sisteminə və daxili orqanlara intensiv təsir göstərən çoxlu miqdarda spirt olması ilə izah olunur.

Həkim əlavə edib ki, pivə də sürətli aludəçiliyə səbəb olur. Bu içkinin spirti çox az olsa da, insan onu müntəzəm və çox miqdarda içərsə, bu vərdiş asılılığa çevrilə bilər. Həkim müxtəlif kokteylləri daha az təhlükəli adlandırdı - tərkibindəki bir neçə növ spirt səbəbindən bədənə təsiri gözlənilməz ola bilər.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) alkoqolun təhlükəsiz miqdarının olmadığını göstərən uzunmüddətli araşdırmanın nəticələrini dərc etmişdi. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri alkoqolun ilk damlasını qəbul etdikdən sonra sağlamlıq risklərinin yarandığını vurğuladılar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun