Tibbi xəbərlər
Əməkdar həkim Cabir Məmmədov
Tibbi xəbərlər
933

Əməkdar həkim Cabir Məmmədov bir həftədir komadadır - FOTO

Əməkdar həkim Cabir Məmmədovun koma xəbəri təsdiqləndi və o hazırda süni tənəffüs aparatına qoşulub.

E-saglam.az milli.az-a istinadən məlumatına görə, C.Məmmədov hal-hazırda Bakıdakı özəl kliniklardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimin oğlu, Rəşad Cabirli xəbəri təsdiqləyərək, atasının şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb etdiyini bildirib.

O qeyd edib ki, hazırda həkimlər atasının komadan çıxması üçün səy göstərirlər.

"Artıq bir həftəyə yaxındır ki, atam Cabir Məmmədov reanimasiyadadır və həkimlərin ciddi nəzarəti altındadır"-deyə, o qeyd edib.

Məlumat üçün bildirək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi Terpiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun