Tibbi xəbərlər
Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabriki tikiləcək
Tibbi xəbərlər
104

Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabriki tikiləcək

Dərman istehsalı məsələsində biz xeyli geri qalmışıq. Səhiyyə naziri ilə danışıqlar olub, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub.

E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Məndə olan məlumata görə, artıq bununla əlaqədar İsrail, qardaş ölkə Türkiyə və digər dövlətlərdən mütəxəssislər də Azərbaycana gəlib. Yəni, artıq bu işlərə başlanılıb. Ölkəmizdə bəzi tibbi ləvazimatların istehsalı var. Belə kiçik müəssisələrin sayı çox azdır” – komitə sədri bildirib.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın dərman bitki ehtiyatları var:

“Bununla da bir çox dərmanları özümüz də istehsal edə bilərik. Zavod və fabriklərin yaradılması bu işə təkan vermiş olar. Xarici ölkələrdən asılılığımızı həll edə bilsək həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq. Hazırda bu sahədə xaricdən asılı olduğumuzdan müəyyən problemlər yaşayırıq. Qiymətlərin yüksək olmasının obyektiv səbəbləri var. Özəl şirkətlər dərmanları aşağı qiymətə sata bilmədiklərindən ölkəyə gətirilməsində maraqlı deyillər”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun