Tibbi xəbərlər
Əhalinin 88 %-i hələ vaksinasiya olunmayıb
Tibbi xəbərlər
60

Əhalinin 88 %-i hələ vaksinasiya olunmayıb

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistika açıqlanıb.

E-saglam.az xəbər verir ki, indiyədək ölkə əhalisinin 12 %-i vaksinasiya olunub.

Əhalinin 88 %-i isə hələ peyvəndləmədən keçməyib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 055 986, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 871 206 nəfər təşkil edir.

Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən əhalinin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabınadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun