Tibbi xəbərlər
Duzlu qida sevənlərə xəbərdarlıq:
Tibbi xəbərlər
372

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri “Gastric Cancer” jurnalında dərc olunub.

Alimlər 470 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılardan həmçinin hazırlanmış qidalara nə qədər tez-tez duz əlavə etdiklərini və duzlu qəlyanaltılar (çips, balıq, tərəvəz turşusu) yediklərini bildirmələri xahiş olunub.

Tədqiqatçılar lazımi məlumatları topladıqdan sonra iştirakçıların monitorinqinə başlayıblar və bu monitorinq 11 il davam edib.

Nəticədə, duzlu qida sevənlərin mədə xərçənginə daha tez-tez yoluxduğu ortaya çıxıb. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, mədə xərçənginin qarşısını almaq üçün duzdan tamamilə imtina etmək lazım deyil. Sadəcə onun istehlak miqdarını azaltmaq lazımdır. /Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun