İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
E-saglam.az xəbər verir ki, bu barədə Mask özünün “X” hesabında paylaşım edib.
O bildirib ki, ilk şəxsə dünən “Neuralink”in çipi qoyulub və proses yaxşı gedir.
Mask qeyd edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.