Tibbi xəbərlər
Dünyada astma xəstəliyi olan insanların sayı
Tibbi xəbərlər
420

Dünyada astma xəstəliyi olan insanların sayı açıqlanıb

Dünyadakı astma xəstəliyi olan insanların sayı açıqlanıb.

Dünyada 350 milyon astma xəstəsi var.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər astmanın təsiredici amillərdən uzaq durmaq, dərmanlardan müntəzəm istifadə etmək və idmanla məşğul olmaq kimi sadə tədbirlərlə nəzarət altına alına biləcəyini vurğulayıblar.

Türkiyənin Bilkent Şəhər Xəstəxanası Uşaq İmmunologiya və Allergiya Klinikasının professoru Emine Dibek Mısırlıoğlu bildirib ki, astma dünyada təxminən 350 milyon insana təsir edir: “Onu qeyd etmək lazımdır ki, astma uşaqlarda ən çox görülən uzunmüddətli xroniki xəstəlikdir. Qapalı mühitin çirkləndiriciləri, hava çirkliliyi və siqaret tüstüsü astmanın inkişafına təkan verən amillərdir. Astma hər yaşda müşahidə oluna bilər. Siqaret bu xəstəliyə səbəb olan ən təsirli faktorlar arasındadır. Astmanın müalicəsində təsiredici amillərdən uzaq durmaq əhəmiyyətlidir. Xəstələrin dərmanlarını nizamlı istifadə etmələri, idmanla məşğul olmaları və piylənmədən uzaq durmaları vacibdir”. (AZƏRTAC)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun