Tibbi xəbərlər
Donuz böyrəyi köçürülən ilk şəxs
Tibbi xəbərlər
466

Donuz böyrəyi köçürülən ilk şəxs xəstəxanadan buraxıldı - FOTO

Dünyada ilk geni dəyişdirilmiş donuz böyrəyi transplantasiyası əməliyyatı keçirən 62 yaşlı ABŞ-li xəstəxanadan buraxılıb.

E-saglam.az xəbər verir ki, bu barədə Massaçusets ümumi xəstəxanasının həkimlərinə istinadən məlumat yayılıb.

Onların sözlərinə görə, xəstə martın 21-də keçirdiyi böyrək transplantasiyası əməliyyatından iki həftə sonra stabil vəziyyətdə xəstəxanadan evə buraxılıb.

Hazırda onun orqanında problemin olmamasına baxmayaraq, həkimlər əməliyyatın uğuru ilə bağlı dəqiq nəticə çıxarmağa tələsmirlər.

Xatırladaq ki, geni dəyişdirilmiş donuz ürəkləri köçürülən əvvəlki iki xəstə tibbi müdaxilədən bir neçə ay sonra ağırlaşmalar səbəbindən ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 850 milyon insan müxtəlif böyrək xəstəliklərindən əziyyət çəkir.

Mənbə: TASS / Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun