Gözəllik-dəb
Dişlərin təmizlənməsi zamanı 5 YAYILMIŞ SƏHV
Gözəllik-dəb
180

Dişlərin təmizlənməsi zamanı 5 YAYILMIŞ SƏHV

Sağlam və gözəl dişlər insanı daha cazibədar edir. Bundan əlavə dişlərin sağlam olması insanın ümumi sağlamlığında çox böyük rol oynayır. Xarab dişlər mədə-bağırsaq və ürək-damar sistemi xəstəliklərinin riskini artırır, immun sisteminin zəiflənməsinə səbəb olur, hətta baş və boyun xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.

E-saglam.az bildirir ki, diş xəstəliklərinin ən effektli profilaktik tədbiri dişlərin mütəmadi olaraq təmizlənməsidir. Lakin dişləri təmizlədikdə bir çoxlarımız bu kimi səhvləri edir:

1. Dişləri bərk sürtmək

Effektli təmizlənmə üçün bu tələb olunmur. Dişləri yüngül sürtmək lazımdır ki, diş emalı zədələnməsin.

2. Dişlərin təmizlənməsinə az vaxt ayırmaq

Dişlərin yaxşı təmizlənməsi üçün təxminən 3 dəqiqə lazımdır.

3. Dili təmizləməmək

Dilin üzərində çoxlu mikroblar toplanır ki, bu mikroblar dişlərin sağlamlığına ziyan vurur.

4. Hərəkətləri üfqi istiqamətdə etmək

Bu ən yayılmış səhvlərdəndir. Hərəkətlər şaquli istiqamətdə olmalıdır - damaqdan dişin tacına kimi.

5. Diş fırçasına düzgün qulluq etməmək

Nəm diş fırçası mikrob və göbələklərin çoxalması üçün çox yaxşı yerdir. Bu səbəbdən diş fırçasını hər istifadədən sonra sabunlu suda yumaq, yaxşı yaxalamaq və açıq yerdə (bağlı şkafda deyil!) saxlamaq lazımdır. Fırçanı hər 3 aydan bir dəyişin.

Bu kimi səhvlər dişlərin təmizlənməsinin xeyli effektivliyini azaldır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun