Tibbi xəbərlər
Dişləri qıcamaq – bruksizm nədir və
Tibbi xəbərlər
549

Dişləri qıcamaq – bruksizm nədir və qarşısını necə almaq olar?

Səhərlər dişlərinizi sıxaraq oyandığınızda yorğun və gərgin hiss edirsinizsə, bruksizm adlanan bu vəziyyət çənə ağrısı və baş ağrılarına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, düzgün qidalanma ilə bu problemi yüngülləşdirmək mümkündür. Diş qıcamanı azaltmaq üçün bu qidaları pəhrizinizə əlavə edin:

1. Maqneziumla əzələlərinizi rahatlaşdırın:

Badam, fındıq, ispanaq, noxud və mərcimək maqneziumla zəngindir və çənə gərginliyini azalda bilər.

2. Kalsiumla əzələlərinizi dəstəkləyin:

Süd məhsulları, brokoli, kələm və sardina kimi qidalar çənə əzələlərinin sağlam işləməsinə kömək edir.

3. Kaliumla gərginliyi azaldın:

Banan, avokado, kartof və quru ərik sinir və əzələ funksiyalarını dəstəkləyərək gərginliyi aradan qaldıra bilər.

4. Bitki çayları ilə stressi azaldın:

Çobanyastığı və limon balzamı kimi sakitləşdirici çaylar çənə əzələlərini rahatlaşdırmağa kömək edir.

5. Zülala əhəmiyyət verin:

Yumurta, toyuq və tofu kimi zülalla zəngin qidalar əzələlərin sağlamlığı üçün vacibdir.

Bu qidalar bruksizm simptomlarını yüngülləşdirə bilər, lakin problemin əsas səbəbini aradan qaldırmaq üçün mütləq həkimə müraciət edin. Pəhriz dəyişiklikləri edərkən sağlamlığınıza uyğun seçimlər üçün mütəxəssis məsləhəti almağı unutmayın.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun