Tibbi xəbərlər
Diş əti xəstəliyi ürəkdə ritm pozuntusuna
Tibbi xəbərlər
376

Diş əti xəstəliyi ürəkdə ritm pozuntusuna səbəb olur?

Xirosima Universitetində aparılan yeni araşdırma ağız boşluğunda rast gəlinən Porphyromonas gingivalis (P. gingivalis) bakteriyasının qan dövranına keçərək ürək toxumasına yerləşə bildiyini və nəticədə ciddi ürək ritm pozuntusu olan atrial fibrilasiyaya (AFib) səbəb ola biləcəyini ortaya qoyub.

E-saglam.az xəbər verir ki, araşdırmanın nəticələri “Circulation” jurnalında dərc olunub.

Tədqiqatın əsas müəllifi, Xirosima Universitetinin dosenti Şunsuke Miyauçi bildirib ki, pariodontit və AFib arasında səbəb-nəticə əlaqəsi hələ tam sübut olunmasa da, periodontal bakteriyaların qan vasitəsilə yayılması bu iki xəstəlik arasında potensial bağ qurur.

Onun sözlərinə görə, P. gingivalis xüsusilə ağız boşluğundan kənarda yüksək dərəcədə patogenlik göstərir və sistemli xəstəliklərlə əlaqələndirilir.

Gündəlik diş fırçalama, diş sapından istifadə və müntəzəm stomatoloji müayinələr təkcə ağız sağlamlığını deyil, həm də ürək ritm pozuntularından qorunmanı təmin edə bilər.

Hazırda tədqiqat qrupu P. gingivalis-in ürək hüceyrələrinə təsir mexanizmlərini araşdırır.

Publika.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun