Yaş artdıqca üz dərisində gözlə görüləcək dəyişikliklər baş verir. Dəri əvvəlki elastikliyini itirir və sallanmağa başlayır. Bunun qarşısını almaq heç də çətin deyil. Kosmetoloqların qəbulunda olub, müxtəlif proseduralar etməklə yanaşı, evdə də üzünüzə qulluq edin.
E-saglam.az xarici KİV-ə istinadən sizlərə üz dərisi üçün xeyirli olan buz maskalarını təqdim edir:
Gül suyuna bir az isti su, qızılgül ləçəkləri töküb, ağzını örtüb saxlayın. Sonra soyuducunun buz qabına töküb, buz olmasını gözləyin.
Cəfərinin üstünə isti su töküb, bir az dəmləyib soyuducunun buz qablarına töküb, saxlayın.
Eyni qayda ilə çobanyastığını da isti suda dəmləyib, soyuducuda buzladın.
Hər gün buzla səhər yuxudan oyananda, üzünüzü yuduqdan sonra və axşam yatmazdan əvvəl üzünüzü masaj edin. Hər gün bir növ buzdan istifadə edə bilərsiniz./axşam.az/