Qidalanma
Deputatdan geni dəyişdirilmiş məhsullarla bağlı XƏBƏRDARLIQ -
Qidalanma
1119

Deputatdan geni dəyişdirilmiş məhsullarla bağlı XƏBƏRDARLIQ - Əhalini xilas etmək lazımdır

Azərbaycan xalqı sağlam yaşamalıdır, əhalini geni dəyişdirilmiş məhsullardan xilas etmək lazımdır.

E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli bildirib.

"Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının üzərində lazımi məlumatlar öz əksini tapmalıdır. Bəzən deyirlər ki, heç kim acından ölmür, kifayət qədər ərzaq var. Doğrudur, indi məhsul çoxdur, amma geni dəyişdirilmiş məhsulların hesabına çoxdur. Ola bilsin insanlar bir az çox yaşayır, amma xəstə yaşayır. İnsanların 90 %-i geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan qocalığa qədər xəstə olur, müəyyən orqanlar sıradan çıxır, ömür boyu dərman qəbul edib sağlamlığını qorumağa çalışırlar. Bütün məhsulların geni dəyişdirilib. Heyvanlara geni dəyişdirilmiş yem yedizdirilir. Azərbaycan əhalisini geni dəyişdirilmiş, zəhərli, öldürücü məhsullardan xilas etmək lazımdır", - deyə o qeyd edib.

Mənbə: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun