Tibbi xəbərlər
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Tibbi xəbərlər
126

Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək

Daşkənddə türk dünyasının dahi oğlu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb.

E-saglam.az xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə müzakirələr keçiriləcək.

Müzakirə zamanı səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda oktyabrın 11-də tədbir çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu da baş tutacaq və bununla da dekadaya yekun vurulacaq.

Mənbə: "Report"

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun