Sağlamlıq
Dadlı tələ: Sağlam görünür,
Sağlamlıq
189

Dadlı tələ: Sağlam görünür, amma bağırsaqları korlayır

Marketlərdə “sağlam atışdırmalıq” adı ilə satılan bəzi məhsullar əslində orqanizmə ciddi ziyan vura bilər.

E-saglam.az xəbər verir ki, xüsusilə idmançılar və pəhriz saxlayanlar tərəfindən tez-tez seçilən bu enerji barları yüksək şəkər, süni qatqılar və konservantlarla doludur. Başlanğıcda enerji versə də, zamanla çəki artımı, insulin dirənci və həzm problemlərinə səbəb olur.

Bu məhsulların əksəriyyəti kiçik ölçülərinə baxmayaraq 200-300 kalori ehtiva edir və lif miqdarları aşağı olduğu üçün uzunmüddətli toxluq hissi yaratmır. Tərkibində palma yağı, trans yağlar, BHA və BHT kimi qoruyucular, süni dadlandırıcılar yer alır ki, bunlar bağırsaq florasını pozur, hormonal tarazlığı və immun sistemini zəiflədir.

Enerji barlarının dadlı və pratik olması onları cazibədar etsə də, bu, emosional aclığı artırır və sağlam olmayan qidalanma vərdişlərinə yol aça bilər.

Bəs nə etməli? Ən yaxşı yol – bu barları evdə, təbii məhsullarla özünüz hazırlamaqdır. Beləliklə həm zərərli qatqılardan uzaq durmuş, həm də orqanizminizə uyğun, balanslı alternativ əldə etmiş olarsınız.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun