Faydalı
Bütün gün enerjili qalmağın
Faydalı
840

Bütün gün enerjili qalmağın sirri bunda imiş - Səhərlər...

Kliniki diyetoloq Monika Amelkoviç deyir ki, gün ərzində ayıq və enerjili hiss etmək üçün düzgün səhər yeməyi yemək lazımdır.

E-saglam.az xəbər verir ki, o, bu sirrini Lenta.ru ilə söhbətində açıqlayıb.

Amelkoviçin sözlərinə görə, gün ərzində ayıq qalmaq üçün yuxudan oyandıqdan sonra bir və ya iki stəkan ilıq su içmək lazımdır, çünki gecə bədən çoxlu maye itirir. Səhər yeməyini oyandıqdan sonra bir saat ərzində etmək məsləhətdir.

İlk yemək üçün Amelkoviç zülal və yağlarla zəngin qidalar seçməyi məsləhət gördü. Səhər yeməyində yulaf əzməsi yeməyə üstünlük verənlər üçün diyetoloq ani sıyıq yox, 20-30 dəqiqə bişirilməsi lazım olan tam taxıllı dənli bitkiləri seçməyi tövsiyə edir.

Hansı məhsulları seçdiyimizi və bədənə necə təsir etdiyini başa düşmək vacibdir. Beləliklə, zülallar toxluğun əsasıdır və əzələlər, fermentlər, hormonlar və immunitet sistemi üçün bazadır. Lif sağlamlıq və düzgün bağırsaq hərəkətliliyi üçün vacibdir və sağlam yağlar enerji verir və bir çox vitaminləri mənimsəməyə kömək edir.

Bundan əlavə, Amelkoviçin fikrincə, səhər qəhvəsi acqarına deyil, yeməkdən bir saat sonra içilməlidir. "Bu içki mədə selikli qişasını qıcıqlandırır və qastritin kəskinləşməsinə səbəb ola bilər, həmçinin tərkibində qidadan mikroelementlərin sorulmasına mane olan taninlər var", - dedi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun