Gözəllik-dəb
Burun dolğusu çox təhlükəlidir, gözü kor edə bilər - Cərrahdan açıqlama
Gözəllik-dəb
535

Burun dolğusu çox təhlükəlidir, gözü kor edə bilər - Cərrahdan açıqlama

"Hazırda burun dolğuları çox dəbdədir. İnsanlar əməliyyata getmir, burnuna gellə forma verir. Düzdür, insanlar əməliyyatdan çəkinir, amma heç bir prosedur əməliyyatın yerini vermir. Əməliyyat ömürlükdür, botoksu, dolğunu isə ildə təkrarlamaq lazımdır".

Bu sözləri Bakupost.az -a açıqlamasında Türkiyədə çalışan azərbaycanlı üz-çənə cərrahı Elmir Seyidli bildirib.

“Dolğunun ən böyük təhlükəsi damara maddənin düşüb onu tıxaması, emboliyaya səbəb olmasıdır. Damar tıxananda da toxumanın çürüməsi baş verir. Burun dolğuları dolğular içərisində ən təhlükəlisidir. Bu orqan gözlərə, beyinə yaxındır. Səhv icra olunarsa, damarla gözlərə gedib onları kor edə bilər. Bəzən damar emboliyası nəticəsində burunda çürümə, nekrozlaşma baş verir. Bunun qarşısını almaq üçün artıq kiçik Ultrason cihazları çıxıb, prosedur zamanı USM ilə baxılır, əgər damara maddə düşübsə problemi yerindəcə həll edir.

Amma xanımlar bilməlidir ki, dolğu kimi ciddi prosedurları işinin peşəkarına həvalə etməlidir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun