Tibbi xəbərlər
Burnun böyük və ya kiçik olması ananın yediyi qidalardan asılıdır
Tibbi xəbərlər
7652

Burnun böyük və ya kiçik olması ananın yediyi qidalardan asılıdır - ARAŞDIRMA

Burnunuzun böyük və ya kiçik olmasının ananızın qidalanmasından asılı olduğunu bilirdinizmi?

E-saglam.az "Dailymail"ə istinadla xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında yayımlanan elmi araşdırmada yazılıb.

Belə ki, araşdırmaçılar hamilə siçanlara və balıqlara fərqli pəhrizlər verərək, nəticəni yoxlayıblar. Tədqiqatçılar bunun heyvanların bətnindəki "mTORC1" siqnalını dəyişdiyini və körpəyə müəyyən üz xüsusiyyətləri verdiyini aşkarlayıblar.

Məlum olub ki, yüksək proteinli pəhrizlər daha qabarıq çənələr və daha qalın burun qığırdaqları fiziki xüsusiyyətlərə təsir göstərir.

Az proteinli qidalar qəbul edən balıq növlərində körpələrin burunlarının daha uzun və nazik olduğu bəlli olub.

Yəni kəllə formasından tutmuş burundakı qığırdaq miqdarına qədər xarici görünüşlərindəki xüsusiyyətlər ananızın sizə hamilə olanda yediyi qidaların növündən asılı olaraq dəyişə bilər.
Hamiləlikdə nə qədər çox protein qəbul etsəniz, "mTORC1" adlandırılan bu genlər daha aktiv hal alır.

Araşdırmaçılar qidalara fikir verməklə körpələrin burun uzunluğunun, burun dəliklərinin genişliyinin, yanaqların formasının və çənə çıxıntısının az da olsa tənzimlənə biləcəyini düşünür. / Ölkə.Az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun