Faydalı
Bunları yanıqlara tətbiq etməyin -
Faydalı
562

Bunları yanıqlara tətbiq etməyin - Diş pastası və yumurta ağı infeksiya riskini artırır

Yanıqları yumurta ağı, pomidor və diş məcunu kimi maddələrlə müalicə etdikdə, infeksiya riski yaradır.

E-saglam.az xəbər verir ki, bu sözləri Təcili Yardım Mütəxəssisi Dr. Sedat Özbay deyib.

O bildirib ki, xüsusilə qaynar suyun səbəb olduğu yanıqlarda düzgün müdaxilə vacibdir. Dərinin səthinə təsir edən yanıqlar üçün kremlərdən istifadə edərək vəziyyəti yüngülləşdirmək daha doğrudur: "Soba və digər alov nəticəsində yaranan yanıqlarda tətbiq olunacaq müalicə üsulu da qaynar suda olduğu kimidir. Xüsusilə əl, qasıq və döş qəfəsi nahiyələrində yaranan yaralanmalarda dərhal bir sağlamlıq müəssisəsinə müraciət etmək lazımdır".

Bu maddələr yanıqlarda infeksiya vəziyyətini artırır

Yanıqlar zamanı Dr. Sedat Özbay ilkin müdaxilə üçün tövsiyə verib: 

"Evdə baş verən yanıqlarda, xüsusilə qaynar sudan meydana gələn yanıqlarda edilməsi lazım olan müdaxilə soyuq su ilə yuyulmaqdır. Əgər paltarınız varsa, paltarınızı çıxarıb təxminən 15 dəqiqə sıfır dərəcəyə yaxın olmayan su ilə yuyun. Yalnız dərinin səthinə aid olan yanıqlar üçün kremlərdən istifadə etməklə bu vəziyyəti aradan qaldıra bilərlər.

Dərinin daha dərin yanıqları zamanı xəstə mütləq xəstəxanaya müraciət etməlidir. Xəstəxanaya gəlməzdən əvvəl diş məcunu, yumurta ağı, pomidor kimi sakitləşdirici şeylər çəkirlər ki, bunlar qətiyyən yolverilməzdir. Yanıq bölgələrinə naməlum maddələr vurulmamalıdır. Bu maddələr yanıqda infeksiya sürətini artırır və yaranın təmizlənməsində problem yaradır".

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun