Sumqayıt Şəhər Uşaq Xəstəxanası əsaslı təmir olunacaq.
E-saglam.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Xəstəxananın əsaslı təmiri və rekonstruksiya ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinə start verilib.
Qeyd edək ki, 1954-cü ildən fəaliyyət göstərən Sumqayıt Şəhər Uşaq xəstəxanası 140 çarpayılıqdır. Tibb müəssisəsi daha əvvəl 2016-cı ildə təmir olunub.
Fotolar 2016-cı ildəki təmir zamanı çəkilib/
© iqtisadiyyat.az