Xəstəliklər
Bu şəxslərə soğan yemək olmaz
Xəstəliklər
216

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər.

Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, N.Nefedova “Sputnik” radiosuna verdiyi müsahibədə qeyd edib ki, irritabl bağırsaq sindromu, qastrit və ya mədə yanğısı olanlar soğan yeyərkən xüsusilə diqqətli olmalıdır:

“Soğan özünəməxsus xüsusiyyətlərə malikdir, immun və ürək-damar sisteminə faydalı təsir göstərir. Tərkibində C vitamini, B vitaminləri, flavonoidlər, lif kimi vitamin və minerallar olduğu üçün antioksidant təsiri bədəndəki iltihablı prosesləri boğa bilir.

Mən soğanı müntəzəm olaraq istifadə etməyi məsləhət görürəm. Dad baxımından olduqca zəngindir, ədviyyat kimi istifadə edilə bilər, buna görə də soğan sayəsində duz qəbulunu azalda bilərsiniz. Tək problem qoxudur. Soğan qoxusu xüsusilə dəridə özünü göstərir. Çünki maddələr məsamələrdən xaric olunacaq”./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun