Tibbi xəbərlər
Bu qəsəbədə işləyəcək həkimə
Tibbi xəbərlər
892

Bu qəsəbədə işləyəcək həkimə 728 min manat maaş veriləcək - FOTO

Avstraliyanın ucqar qəsəbəsi olan Culia Krikdə illik 428 min dollar (təx. 728 min manat) qarşılığında işləməyə həkim axtarılır.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, bu maaş Kvinslen əyalətinin paytaxtı Brisbendə bir həkimin maaşından iki dəfə çoxdur.

500 nəfər əhalisi olan qəsəbədə bir həkim var. O da işdən çıxmağa hazırlaşır. Ən yaxın böyük şəhərdən yeddi saatlıq məsafədə yerləşən qəsəbədə işləyəcək həkimin kirayə və avtomobil xərcləri də qarşılanacaq.

Qəsəbənin hazırkı həkimi Adam Lous deyib ki, övladlarının böyüməsi və bir sıra ailəvi problemlərlə əlaqədar ərazidən köçmək qərarına gəlib.

Amma həkim kənd yerlərinin sərt iqliminə - məsələn, həddindən artıq istilərə, tropik həşəratlara dözməyi bacarmalıdır. (ölkə.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun