Tibbi xəbərlər
Bu insanlara tatu olmaz
Tibbi xəbərlər
435

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir.

E-saglam.az xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib.

Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanoma olanlar da döymə etdirməməlidir. Həkim bildirib ki, döymə yerində əmələ gələn dəri xərçənginin gözdən qaçması ehtimalı da var. 

O, tatu dizaynını tətbiq etmək üçün istifadə olunan boyaların təhlükəli olduğunu da vurğulayıb. Onlar allergik reaksiyaya səbəb ola bilər. Bundan əlavə, yoluxucu xəstəliklər istisna deyil. 

Həkim döymə prosesi zamanı insanların özünə diqqət yetirməyə çağırıb. O bildirib ki, iynələr birdəfəlik olmalıdır və ustada boyalar üçün sertifikat olmalıdır. /lent.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun