Tibbi xəbərlər
Bu ilin üç ayında 15 kosmetoloji klinikada
Tibbi xəbərlər
401

Bu ilin üç ayında 15 kosmetoloji klinikada nöqsanlar aşkarlanıb

"2025-ci ilin ilk 3 ayında kosmetoloji iş üzrə xidmət göstərən 15 özəl tibb müəssisəsində aparılan yoxlamalar nəticəsində 15 müəssisədə nöqsanlar aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1-ci maddəsi üzrə 11, 215.1-ci maddəsi üzrə iki, 215.1-ci və 215.4-cü maddələri üzrə iki protokol tərtib edilib".

E-saglam.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə kosmetoloji iş üzrə xidmət göstərən 30 özəl tibb müəssisəsinin 16-da nöqsanlar (İXM-in 210.1-ci bəndi ilə - 10, 215-ci bəndi ilə - iki, 215.4-cü bəndi ilə - bir, və 215.4-cü bəndi ilə - üç pozuntu) aşkar edilib.

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, qaynar xətti (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun