Tibbi xəbərlər
Bu giləmeyvə görmə qabiliyyətinə
Tibbi xəbərlər
368

Bu giləmeyvə görmə qabiliyyətinə zərər verir

Giləmeyvələrin gözlər üçün faydalı olduğu hesab edilir, lakin onların bəzi növləri əks təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə NEWS.ru-nun dərc etdiyi yazıda məlumat verilir.

Bildirildiyinə görə, həkimlər hətta qaragilənin belə bəzən təhlükəli ola biləcəyinə dair xəbərdarlıq edirlər.

Beləliklə, görmə qabiliyyətinə əslində zərər verə bilən giləmeyvələr aşağıdakılardır:

- Supermarketlərdən alınan dondurulmuş giləmeyvələr. Bu giləmeyvələrdə olan pestisidlər çox vaxt gözün torlu qişasında yığılıb qalır. Aşağı keyfiyyətli dondurulmuş qaragilə xüsusilə təhlükəlidir, çünki düzgün dondurulmadıqda faydalı antosianların 70 faizədək hissəsini itirirlər;

- Giləmeyvəli az yağlı süd məhsulları. Yağ olmadıqda (xama, qaymaq) A vitamini giləmeyvələrdən udulmur və bu da gecə korluğuna (toyuq korluğu) səbəb ola bilər;

- Yüksək şəkər tərkibli giləmeyvələr (üzüm, albalı). Qlükozanın kəskin sıçrayışları gözlərin mikrodamarlarını zədələyir.

Həkimlər, həmçinin xatırladırlar ki, sağlam giləmeyvələr belə həddindən artıq qəbul edildikdə torlu qişada allergik reaksiyalara səbəb ola bilər. Optimal doza gündə 100-150 qram təşkil edir. Hər hansı bir sağlamlıq problemi yarandıqda isə həkimə müraciət etmək tövsiyə olunur.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun