Xəstəliklər
Bu dərmanın az dozada qəbulu koronavirusa yoluxma riskini azaldır
Xəstəliklər
145

Bu dərmanın az dozada qəbulu koronavirusa yoluxma riskini azaldır

Tibb alimləri kiçik dozada aspirin qəbul edilməsinin “COVID-19”-a yoluxma riskini azaltdığını və pasientlərin bu xəstəliyə daha sürətlə qalib gəlməsinə kömək etdiyini bildirib.

İsrail həkimləri ağrını aradan qaldıran və bədən hərarətini aşağı salan məşhur bir dərmanın immun sisteminə koronavirus infeksiyasına qarşı mübarizədə kömək edə biləcəyini kəşf ediblər. Söhbət aspirindən gedir...

E-saglam.az-ın məlumatına görə, tədqiqatın nəticələri “FEBS Journal” jurnalında dərc edilib.

Tədqiqatçılar 10 mindən çox xəstə haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, mütəmadi olaraq aspirin qəbul edən adamlar qəbul etməyənlərə nisbətən koronavirusdan daha sürətli sağalıb. Bununla belə, bərpa müddətindəki fərq yalnız bir neçə gün təşkil edib.

Bu səbəbdən kiçik dozada aspirin qəbul edilməsinin “COVID-19”a yoluxma riskinin azalmasına kömək edəcəyi gözlənilir.

Digər tərəfdən, elm adamları aspirinin koronavirusa təsirlərinin hələ də öyrənilməli olduğunu söyləyirlər. /moderator.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun