Faydalı
Bu çay yaşlanmanın qarşısını alır
Faydalı
490

Bu çay yaşlanmanın qarşısını alır - Ömrü 5 il uzadır

Südlü oolonq çayının (Çin mənşəli çay - red.) müntəzəm istifadəsi ömrü uzatmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.

Onun sözlərinə görə, bu növ çay sağlamlığa zərər verən sərbəst radikallarla mübarizə aparmağa kömək edir.

"Südlü oolonq onların əmələ gəlməsini maneə törədir. Artıq sübut olunub ki, bu çayı müntəzəm olaraq içsəniz, ömrünüzü beş il uzada bilərsiniz", - mütəxəssis "Vm.ru"ya müsahibəsində bildirib.

Bundan əlavə, Solomatina vurğulayıb ki, oolonq çayı alzheymer və parkinson xəstəliklərinin inkişafının qarşısını alır: "O, həm də sizi sevindirməyə kömək edir, lakin qəhvədən fərqli olaraq ürək döyüntüsünü artırmır. Buna görə də, oolonq çayı içərkən hipertoniya xəstələrinin qan təzyiqinin yüksəlməsindən qorxmalarına ehtiyac yoxdur. Çoxsaylı üstünlüklərinə baxmayaraq, bəzi xəstəlikləriniz varsa, içkinin miqdarını aşmağa dəyməz".

Diyetoloqun sözlərinə görə, söhbət mədə-bağırsaq traktının və qaraciyərin xəstəliklərindən gedir. Həmçinin qəbizlik varsa, oolonq çayı içmək olmaz. /publika.az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun