Qidalanma
Bu balığı heç vaxt qabığı ilə yeməyin,
Qidalanma
853

Bu balığı heç vaxt qabığı ilə yeməyin, tərkibində çox civə var

Mütəxəssislər xəbərdarlıq edir ki, pambıq marlin, köpəkbalığı, qılınc balığı və skumbriya kimi iri balıqların dərisində yüksək miqdarda metilcivə toplanır.

E-saglam.az xəbər verir ki, bu maddə sinir sisteminə mənfi təsir göstərir və baş ağrısı, titrəmə, yaddaş itkisi kimi simptomlara səbəb ola bilər. Hamilə qadınlar və uşaqlar üçün isə daha böyük risk yaradır.

Civə su ilə təmasda olduqda metilcivəyə çevrilir və bu zəhərli forma qida zənciri ilə iri balıqların orqanizmlərində yığılır. Odur ki, bu növlərin dərisinin istehlakından qaçmaq tövsiyə olunur. Vatoz kimi kəskin tikanlı balıqların dərisi də yeyilməməlidir.

Bununla belə, bütün balıqların dərisi zərərli deyil. Məsələn, qızılbalıq dərisi ilə bişirildikdə həm dadlı, həm də omeqa-3 mənbəyi olaraq faydalıdır. Yəni əsas məsələ hansı balığın dərisinin yeyilib-yeyilməməli olduğunu bilməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun