Gözəllik-dəb
Bu 5 vərdiş dərini qocaldır
Gözəllik-dəb
172

Bu 5 vərdiş dərini qocaldır

Tanınmış həkim-aparıcı Yelena Malışeva dəriyə "ölümcül" təsir göstərən pis vərdişləri açıqlayıb.

O deyir ki, ilk növbədə yuxudan əvvəl dərinin təmizliyinə fikir vermək lazımdır. İş burasındadır ki, yalnız dəri tam təmiz olduqda hüceyrələr gecə vaxtı bərpa olunur və yenilənir.

"Çirk, dərinin öz yağı və təmizlənməmiş kosmetika məsamələri bağlayır, akne əmələ gəlməsinə səbəb olur, dəri quruyur", - həkim deyib.

Siqaret çəkmək dəridə qan dövranını azaldır, bu səbəbdən dəri oksigen və digər qidalandırıcı maddələrdən məhrum olur. Siqaretlərdəki zəhərli maddələr dərinin elastikliyini məhv edir.

Günəş kremlərindən gündə ancaq bir dəfə istifadə etmək də dəridə problem yarada bilir. Malışeva deyir ki, onu ilin hər fəslində, hər dəfə küçəyə çıxanda (gündə bir neçə dəfə olsa da) çəkmək gərəkdir.

Şirniyyat həvəskarlarının dərisi də elastikliyini və hamarlığını tez itirir, Günəş şüalarına qarşı həssas olur.

Dəri üçün zərərli olan daha bir vərdiş - aknelərin səhv müalicəsidir. Onları sıxarkən yerində çapıq qala, ya da infeksiya düşə bilər. Onlarla benzoilperoksid və salisil turşusu ilə mübarizə aparmaq tövsiyə olunur. /sputnik.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun