Xəbərlər
Bruselyoz xəstəliyinə qarşı monitorinqlər
Xəbərlər
1097

Bruselyoz xəstəliyinə qarşı monitorinqlər keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçirəcək.

Qurumdan E-saglam.az-a verilən məlumata görə, fevralın 19-dan 29-dək davam edəcək tədbir zamanı 146 yaşayış məntəqəsində (47 rayon (şəhər)) fəaliyyət göstərən 50 başdan yuxarı südlük istiqamətli iribuynuzlu heyvanların saxlanıldığı 211 fərdi və fermer təsərrüfatlarında 1 yaşdan yuxarı ümumilikdə 2750 baş dişi heyvandan diaqnostik qan nümunələri götürüləcək.

Nümunələr bruselyoz xəstəliyi üzrə epizootoloji şəraitin öyrənilməsi, həmçinin dabaq və nodulyar dermatitə görə peyvənd olunduqdan sonra immun fonun təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, insanların bruselyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun