Faydalı
Boyun ağrılarının səbəbi:
Faydalı
187

Boyun ağrılarının səbəbi: Yastığa diqqət edin

Yuxu yalnız bədən və zehin üçün istirahət deyil, həm də ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır. Lakin yuxu zamanı seçilən vərdişlər – xüsusilə yastıq sayı və baş-boyun mövqeyi – bəzi hallarda ciddi narahatlıqlara səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, son illərdə bir çox insanın iki və ya daha çox yastıqla yatması rahatlıq kimi görünsə də, mütəxəssislər bu vərdişin boyun və onurğa sağlamlığı üçün təhlükəli ola biləcəyini bildirir.

İki yastıqla yatmaq, boyun əzələlərində əlavə gərginlik yaradır və başın təbii mövqeyini poza bilər. Bu isə səhərlər oyanarkən boyun ağrısı, baş ağrısı, çiyinlərdə sərtlik kimi əlamətlərlə özünü göstərə bilər. Həkimlər qeyd edir ki, belə bir mövqe onurğanın fizioloji əyriliyini dəyişdirərək uzun müddətdə duruş pozğunluqlarına və xroniki ağrılara yol aça bilər.

Bu vərdiş yalnız dayaq-hərəkət sisteminə deyil, eyni zamanda tənəffüs yollarına da təsir edir. Arxa üstə yatarkən iki yastıqdan istifadə hava yollarını daralda bilər. Bu isə xoruldama problemini artırır, bəzi hallarda isə yuxu apnesi kimi ciddi tənəffüs pozğunluqlarına səbəb ola bilər.

Mütəxəssislər yastıq seçiminin insanın bədən quruluşuna və yatdığı mövqeyə uyğun şəkildə aparılmasının vacibliyini vurğulayırlar. Bir ədəd, orta sərtlikdə, boyun əyrisini dəstəkləyən yastıq həm onurğanın düzgün vəziyyətdə qalmasına kömək edir, həm də əzələlərin rahatlamasını təmin edir.

Bəzən bir neçə yastıqla yatmaq emosional təhlükəsizlik hissi və ya uzunmüddətli vərdişlə əlaqəli ola bilər. Lakin bu cür rahatlıq axtarışı nəticədə sağlamlıq üçün ciddi narahatlıqlara çevrilə bilər. Ona görə də yuxu keyfiyyətini artırmaq, ağrılardan və gərginlikdən qorunmaq üçün doğru yastıq seçimi və düzgün yuxu mövqeyi vərdiş halına gətirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun