Tibbi xəbərlər
Böyrəkləri asta-asta zədələyən ən pis qidalar:
Tibbi xəbərlər
350

Böyrəkləri asta-asta zədələyən ən pis qidalar: İltihab, piylənmə, təzyiq...

Böyrəklər bədən üçün həyati funksiyaları yerinə yetirir: tullantıların süzülməsi, maye balansının qorunması və qan təzyiqinin tənzimlənməsi. Lakin gündəlik pəhrizdə edilən yanlış seçimlər bu vacib orqanlara zamanla ciddi ziyan vura bilər.

E-saglam.az xəbər verir ki, ən təhlükəli qidaların başında duz gəlir. Həddindən artıq natrium qəbulu qan təzyiqini artıraraq böyrəklərə əlavə yük yaradır. Eyni şəkildə, hazır və emal olunmuş məhsullar – çips, əriştə, konservlər – natrium, zərərli yağlar və konservantlarla zəngindir, bu da xroniki böyrək xəstəliklərinə zəmin yaradır.

Qırmızı ət zülal baxımından faydalı olsa da, çoxlu miqdarda qəbul edildikdə bədəndə karbamid və kreatinin səviyyəsi yüksəlir, bu isə böyrəkləri artıq yükləyir. Şəkər isə diabet riskini artırır ki, bu da böyrək xəstəliklərinin əsas səbəblərindən biridir.

Trans yağlarla zəngin təkrar istifadə olunan yağlar iltihab, piylənmə və təzyiq problemlərinə yol açır. Küçə yeməkləri və ucuz qəlyanaltılar bu baxımdan xüsusilə risklidir. Süd məhsulları faydalı görünə bilər, lakin həddindən artıq miqdarda, xüsusilə yağlı və emal olunmuş növlər, kalsium səviyyəsini artıraraq böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər.

Sağlam böyrəklər üçün balanslı qidalanma, duz və şəkərin azaldılması, təbii və evdə hazırlanan yeməklərə üstünlük verilməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun