Faydalı
Böyrək daşlarını əridən GÖYƏRTİ
Faydalı
120

Böyrək daşlarını əridən GÖYƏRTİ

Hindlilərin fikrincə reyhan müqəddəs bitkidir.

Onlar inanırlar ki, reyhan ailələri şər qüvvələrdən qorumaq və uğur gətirmək qabiliyyətinə malikdir. Minilliklər boyu reyhandan xalq təbabətində istifadə edilib.

E-saglam.az AZƏRTAC-a istinadən bildirir ki, bu bitkinin çox mühüm müalicəvi xassəsi var - o, böyrəklərin işini yaxşılaşdırır.

Reyhan böyrəklərdə daş yaranması riskini azaldır, sidik turşusunun səviyyəsini azaltmağa, qan dövranını təmizləməyə kömək edir. Hindistanlı tədqiqatçıların fikrincə, reyhan böyrəklərdəki daşları təmizləyə bilər, çünki o, kalsium oksalat kristallarının yaranması prosesini dayandıra bilir.

Reyhandan stresi aradan qaldıran çay dəmləmək olar. 

Bunun üçün bir fincan çaya bir neçə quru reyhan yarpağı və ya reyhanın qurudulmuş yarpaqlarının bir çay qaşığı qədər tozunu əlavə edin və 5-6 dəqiqə dəmlədikdən sonra için.

Reyhanın daha bir faydalı xassəsi ondan ibarətdir ki, onun yarpaqlarında bakteriyaların inkişafını dayandıra bilən birləşmələr var.

Buna görə ağız boşluğuna qulluq etmək üçün ondan istifadə etmək məsləhətdir. Reyhan yarpağının tərkibindəki mikrobları öldürən maddələr dişlərin kariyesini və ağız boşluğunda xoşagəlməz qoxunu aradan götürməyə kömək edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun