Xəbərlər
Bill Qeyts özü haqqında kitab yazır
Xəbərlər
228

Bill Qeyts özü haqqında kitab yazır

Bill Qeyts özü haqqında kitab yazmağa başlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.  

Məlumata görə, “Microsoft”un həmtəsisçisi artıq biznes, texnologiya, iqlim dəyişikliyi və qlobal sağlamlıq kimi mövzularda bir neçə kitab yazıb. Ancaq Qeytsin öz bloqunda elan etdiyi “İlk kod” (“Source code”) adlı yeni xatirə kitabı onun həyat və fəaliyyətinin ilk illərindən bəhs edən birinci kitab olacaq.

Kitab Qeytsin uşaqlıq illərindən kolleci atdığı və “Microsoft”u qurduğu illərə qədər bütün dövrü əhatə edəcək.

Milyarderin sözlərinə görə, iyirmi yaşından ictimaiyyətin diqqət mərkəzində olmasına baxmayaraq, əksər insanlar onun ilk illəri haqqında çox az şey bilirlər.

Bu baxımdan yeni kitab Qeytsin həyatında hər şeyin əsasını qoyan əlaqələri, dərsləri və təcrübələrindən bəhs edəcək.

68 yaşlı Qeyts həyatının birinci mərhələsinə işıq tutacağı üçün xatirə kitabını özünün “başlanğıc tarixi” adlandırıb. (Yeniavaz.com)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun