Xəbərlər
Bərdə bazarında satılan pendir və nehrə yağlarında
Xəbərlər
311

Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.

AQTA-dan E-saglam.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.

Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.

Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb - FOTO

Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb - FOTO

Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb - FOTO

Bərdədə bazarda satılan pendir və nehrə yağlarında bakteriya aşkarlanıb - FOTO

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun