Qidalanma
Baş pediatr süni qidalarla bağlı narazılıqlara münasibət bildirib
Qidalanma
186

Baş pediatr süni qidalarla bağlı narazılıqlara münasibət bildirib

“Ana südünün verilməməsi üçün əks göstərişlər az saydadır. QİÇS infeksiyasının daşıyıcısı olan ananın uşağa süd verməsi məsləhət deyil. Hepatit xəstəliyi olan anaların isə körpəsinə süd verməsinə əksər ölkələrdə icazə verilir”.

E-saglam.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, doğumdan sonra körpəyə vaxtında peyvəndlər vurulubsa, onun əmizdirilməsi məqsədəuyğundur.

E.Rəhimov süni qidalarla bağlı səsləndirilən narazılıqlara da aydınlıq gətirib: “Bəzi körpələr olur ki, məcburiyyət qarşılığında ona əlavə süni qida verilməlidir. Ana stresli deyilsə və kifayət qədər maye qəbul edibsə, südü bol olacaq. Bəzən süd gələ bilir, lakin yetərsiz olur. Nəticədə körpədə şəkər azlığı yarana bilər. Anaya məlumat verilmədən, onun razılığı alınmadan süni qida verilməsi düzgün deyil”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun