Tibbi xəbərlər
Baş cərrah: "Böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının özəl xəstəxanalarda icrası məqsədəuyğun deyil"
Tibbi xəbərlər
156

Baş cərrah: "Böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının özəl xəstəxanalarda icrası məqsədəuyğun deyil"

"Əslində mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlardan əvvəl konsiliumlar keçirilməli, ciddi məsləhəhtləşmələr aparılmalı, əməlliyatı aparan həkimin kompetensiyası müəyyən edilməli, ehtiyac olduqda isə əməlliyata təcrübəli mütəxəssislər cəlb olunmalıdır".

E-saglam.az xəbər evrir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır sualına cavab verərsən deyib.

Onun sözlərinə görə, əgər bir təcrübəsiz həkimin məsuliyyətsizliyi üzündən baş verən ağırlaşmalar təkrarlanarsa, o zaman o həkimin fəaliyyətinə mütləq məhdudiyyət qoyulmalıdır:

"Ümumiyyətlə, böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının məhdud fəaliyyət dairəsinə malik olan özəl xəstəxanalarda icrası məqsədəuyğun deyildir. Digər bir problem, bəzi həkimlərimiz tərəfindən xəstələrin sanki özəlləşdirilməsidir. Bu tipli həkimlərimiz xəstəsini ətrafında olan həkimlərlə məsləhətləşməkdən çəkinirlər. Əslində belə həkimlər dərk etməlidirlər ki, məsləhətləşmələr, hətta kənardan mütəxəssislərin dəvət olunması onların özləri üçün faydalıdır. Sevindirici haldır ki, ölkəmizdə çox böyük elmi potensiala və kliniki təcrübəyə malik olan dosentlərimiz və professorlarımız vardır. Gənc, eyni zamanda kliniki təcrübəsi az olan həkimlərimiz bilsinlər ki, biz hər an onların çağırışlarına gəlməyə və yardımçı olmağa hazırıq".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun