Xəbərlər
Barmaqların uzunluğu ilə alkoqolizmə
Xəbərlər
249

Barmaqların uzunluğu ilə alkoqolizmə meyil arasında əlaqə tapıldı

Britaniyalı və polşalı alimlər barmaq uzunluğu ilə alkoqol asılılığına meyillilik arasında qeyri-adi əlaqə aşkar ediblər.

E-saglam.az "American Journal of Human Biology" jurnalına istinadla xəbər verir ki, onların apardığı araşdırmaya əsasən, adsız barmağı daha uzun olan insanlar (şəhadət barmağı ilə müqayisədə) alkoqolizmə yüksək meyillilik göstərirlər.

Bu qanunauyğunluq adsız barmaqları ənənəvi olaraq qadınlardan daha uzun olan kişilərdə aydın üzə çıxıb. Alimlər bunu testosteronun təsiri ilə izah edirlər.

Suonsi Universiteti və Lodz Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmada 258 könüllü (169 qadın və 89 kişi) iştirak edib. (oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun