Tibbi xəbərlər
Bakıda doğuş prosesi təcili tibbi yardım avtomobilində
Tibbi xəbərlər
505

Bakıda doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub.

Bu Barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 34 yaşlı qadının doğuş səbəbilə çağırış daxil olub. Ünvana təcili tibbi yardım briqadası göndərilib və xəstəxanaya aparılarkən 37 həftəlik hamilə qadının doğuş prosesi başlayıb. Həkim briqadası tərəfindən operativ müdaxilə edilməklə, doğuş prosesi elə təcili tibbi yardım avtomobilində gerçəkləşib.

Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Hazırda ana və körpənin vəziyyəti stabildir.

Xəstənin ailəsi tərəfindən təcili tibbi yardım briqadasına göstərdikləri tibbi xidmətə, operativ müdaxiləyə görə öz təşəkkürünü bildirib. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun