Qidalanma
Bağırsaq xərçəngi riskini iki dəfə artıran içkilər hansılardır - Onkoloqun rəyi
Qidalanma
167

Bağırsaq xərçəngi riskini iki dəfə artıran içkilər hansılardır - Onkoloqun rəyi

Onkoloq Yelena Smirnova Vaşinqton Universitetində həkimlərin apardığı araşdırmaya istinadən, şirələrin, sodalı və enerji içkilərinin erkən qalın bağırsaq xərçəngi riskini iki qat artırdığını bildirib.

E-saglam.az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Həkimin sözlərinə görə, tədqiqatda 95 min qadın iştirak edib. Hər gün yarım litrdən çox şirin içki qəbul edən yetkinlərdə qalın bağırsaq xərçəngi iki dəfə çox olub.

Yeniyetmələrdə isə risk dərəcəsi üçdə bir artır və daha sonrakı yaşlarda şirələr və sodalı içkiləri istisna etsələr belə, azalmır.

"Dəqiq səbəblər hələ bəlli deyil, bəlkə də bütün məsələ bağırsaqdakı bakteriyaların təhlükəli ştammlarının sayının artması, piylənmə və bağırsaq divarında yerli iltihabın inkişafı ilə əlaqədardır", - deyə həkim qeyd edib.

Sonda mütəxəssis onu da bildirib ki, yüksək şəkər tərkibli kompotlar da bağırsaqlar üçün təhlükəli hesab olunur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun