Xəbərlər
Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi
Xəbərlər
263

Azərbaycanda yüksəkvəzifəli məmurun ölüm səbəbi bilindi

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

E-saglam.az xəbər verir ki, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutma keçirdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.

Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib.

Yüksəkvəzifəli şəxs qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına katibi vəzifəsini daha əvvəl İnam Kərimov və Vüsal Hüseynov da tutub.(Qafqazinfo.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun