Xəbərlər
Azərbaycanda daha 2 markanın kərə yağı
Xəbərlər
918

Azərbaycanda daha 2 markanın kərə yağı saxta çıxdı - FOTOLAR

Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.

Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Qeyd edilib ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur.

Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

Məhsulun istehsal və son istifadə tarixləri

Aşkarlanan uyğunsuzluq

1.

"Westfood" əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı

07.02.2025-07.02.2026

Kampesterin,
Stiqmasterin,
Beta-sitosterin,

Sorbin (E200) turşusu,

Benzoy (E210) turşusu

2.

"Beloruskiy Kray" əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı

05.03.2025-05.03.2026

Kampesterin,
Beta-sitosterin

 




E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun