Tibbi xəbərlər
Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir
Tibbi xəbərlər
314

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Tibb Universiteti (ATU) Avropanın qabaqcıl tibb müəssisələri və ali məktəbləri ilə əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlıdır.

ATU-nun mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata görə, bu fikirlər universitetin rektoru, professor Gəray Gəraybəylinin Almaniyadan olan qonaqlarla görüşündə səsləndirilib.

Professor Gəray Gəraybəyli Köln Universitetinin Professoru, Köln-Veyertal Xəstəxanasının ginekologiya və mamalıq şöbəsinin direktoru, Tomas Römer və xəstəxananın aparıcı həkimi, Vitten-Herdekce Universitetinin dosenti Elvin Piriyevlə görüşündə universitetin iştirak etdiyi beynəlxalq tərəfdaşlıq layihələrindən söz açıb. Rektor ATU məzunlarının rezidentura təhsili üçün daha çox müraciət etdiyi ölkələrdən birinin Almaniya olduğunu vurğulayıb. O bu ölkənin tibb təhsili müəssisələri ilə əməkdaşlığın yeni istiqamətlərinin müzakirəyə ehtiyacı olduğunu bildirib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun