Qidalanma
Ayda nə qədər çəki vermək normal sayılır?
Qidalanma
782

Ayda nə qədər çəki vermək normal sayılır?

Ayda nə qədər çəki vermək normal sayılır?

Artıq çəkisi olan şəxslərin bəzən çox sürətli arıqladığını görürük. Məsələn, 70 kiloqram çəkidə birinin bir ay ərzində 8-10 kilo, 100 kilo çəkisi olan eyni vaxtda 15-20 kilo arıqlayır. Yaxud bir aya “90 kiloqramdan 77-yə düşdüm” kimi cümlələr eşidirik. Onların böyük qismi internetdən tapdığı, başqalarının məsləhət gördüyü diyet proqramları ilə bu cür sürətli çəki verirlər. Bir qismi isə diyetoloqların verdikləri proqramla bu nəticəni əldə etdiklərini bildirirlər.

Artıq çəki orqanizmin sağlamlığı üçün zərərlidir və ona görə bu çəkilərdən xilas olmaqda fayda var.

Bəs sürətli şəkildə arıqlamaq orqanizmə necə təsir edir?

Aylıq müddətlə hesablasaq, bir ay ərzində nə qədər çəki vermək orqanizm üçün normal sayılır?

Diyetoloq, PhD Dr.Turxan Baratzadə E-saglam.az-a bildirdi ki, aylıq nə qədər artıq çəkini verməklə bağlı hamı üçün ümumi rəqəm demək doğru deyil: “Diyetin ilkin aylarında çəkivermə prosesini bədən çəkisinin 6-7 faizi nisbətində hesablayırıq. 60-70 kq çəkidə olan biriylə 100 kq çəkidə olan birinin 4 kq çəki verməsi eyni deyil. Məsələn, 100 kq çəkidə olan adam ayda 7 kq, 60-70 kq çəkidə olan isə 4-5 kq verməsi təqribən  eyni nisbətə gəlmiş olur. Tibbi olaraq ay ərzində 7 faiz çəkinin verilməsi arzuolunandır. Ondan yuxarı çəki verilməsi sağlamlıq üçün zərərli ola bilər.

T.Baratzadə deyir ki, sürətli çəki vermənin orqanizmə bir çox istiqamətdə zərərləri ola bilər: “Qidanı həddindən artıq azaltmaqla qısa müddətdə daha çox çəki vermək mümkündür. Amma burda sağlamlıqda problem yarana bilir. Məsələn, qida az qəbul etdiyi üçün təzyiqi aşağı düşə, tam dəyərli qidalanma olmasa, immun sistemi zəifləyə bilir. Qida normal qəbul edilmədiyi zaman, əzələ kütləsindən itirir. Bəzən deyirlər ki, mən sürətli çəki verdim, heç bir təsiri olmadı. Amma insan sürətli çəki verdiyində zamanla öd daşı yaranır ki, bunu həmin vaxt hiss edilmir, sonradan üzə çıxır. Elektrolit pozuqluqları yarana bilir. Qadınlarda sürətli arıqlama zamanı aybaşı pozuqluğu olması mümkündür”.

Diyetoloq Turxan Baratzadə

T.Baratzadə qeyd etdi ki, çox vaxt sürətli arıqlama zamanı verilən çəkilər geri qayıdır: “Bəlli bir disiplin olmur, həyat tərzinə heç bir dəyişiklik edilmir, qarşısına hədəf qoyur və sürətli şəkildə bunu edir. Qısa müddət sonra da verdiyi çəki geri qayıtmış olur. Fikir versəniz, diyet saxlayan adamlarla davamlı kilo şikayəti edən insanlar eynidir. Davamlı olaraq diyet saxlayırlar, amma heç vaxt bu diyetdə uğur əldə etmirlər. Davamlı məğlubiyyət hissi ilə diyetoloq-diyetoloq gəzirlər”.

Aygün

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun