Tibbi xəbərlər
Autizmdə qorxulu artım:
Tibbi xəbərlər
263

Autizmdə qorxulu artım: Hər 44 uşaqdan 1-i risk altındadır

Autizm halları son illərdə sürətlə artıb.

E-saglam.az xəbər verir ki, Uşaq Nevrologiyası Mütəxəssisi Dr. Afşin Dezhakam bildirir ki, 1985-ci ildə 2500 uşaqdan birində rast gəlinən bu pozuntu, hazırda hər 44 uşaqdan birində aşkar edilir. Oğlanlarda autizm qızlara nisbətən 4 dəfə çox görülür.

Mütəxəssis artımın əsas səbəbini autizmlə bağlı məlumatlılığın yüksəlməsi və erkən diaqnostika ilə əlaqələndirir. Autizmin sosial ünsiyyət problemləri və təkrarlanan davranışlarla müşayiət olunduğunu vurğulayan Dezhakam, ailənin rolunun əhəmiyyətini qeyd edib.

Araşdırmalar multivitaminlərin autizmə birbaşa təsirini sübut etməsə də, D vitamini səviyyəsi yüksək olan uşaqlarda autizm əlamətlərinin azaldığı müşahidə edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun