Kulinariya
Aşpazların DİQQƏTİNƏ:
Kulinariya
802

Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək

Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının sədri Fərhad Aşurbəyli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı kulinariyanın peşəkar məkanına çevirməkdir:

“Qitə çempionatı “İnterFood Azerbaijan 2024” sərgisi çərçivəsində təşkil olunacaq. Çempionatda Qırğızıstan, Şimali Kipr, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Türkiyə aşpazları yarışacaqlar. Bununla bərabər, sərgidə yerli aşpazlardan ibarət komandalar da yarışacaqlar. Azərbaycanlı gənc aşpazlardan ibarət komandalardan uğur qazanan şəxs beynəlxalq yarışa göndəriləcək”.

Qeyd edək ki, qida və kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi “İnterFood Azerbaijan 2024” sərgisi mayın 15-16-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun