Tibbi xəbərlər
Aşağı karbohidratlı pəhrizin şəkərli diabet xəstələrinə
Tibbi xəbərlər
301

Aşağı karbohidratlı pəhrizin şəkərli diabet xəstələrinə gözlənilməz təsiri

Uzun müddətli aşağı karbohidratlı pəhriz ikinci tip diabetdə qanda zərərli yağların konsentrasiyasını azaltmağa kömək edir. Bununla belə, bu şəkər səviyyəsinin idarə olunmasına təsir göstərmir.

E-saglam.az xəbər verir ki, bunu "Journal of Diabetes Investigation" jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər ikinci tip diabetli xəstələrdə aşağı karbohidratlı pəhrizin təsirini araşdıran altı yüksək keyfiyyətli tədqiqatı sistematik şəkildə nəzərdən keçiriblər. Uzun müddətli aşağı karbohidratlı pəhriz xəstələrdə qlikohemoqlobinin (HbA1c) səviyyəsinə təsir etməyib. Bu göstərici bir neçə ay ərzində qan şəkərinin orta səviyyəsini qiymətləndirməyə imkan verir.

Həmçinin, aşağı karbohidratlı pəhriz xəstələrin çəkisinə, qan təzyiqinə və ya "pis" xolesterinin (LDL) səviyyəsinə təsir etməmişdir.

Həmçinin, karbohidratların məhdudlaşdırılması "yaxşı" xolesterolun (HDL) səviyyəsinin artmasına səbəb olub. Onlar aterosklerozdan qoruyur, insult və infarkt riskini azaldır. Eləcə də xəstələrdə qanda yağların (triqliseridlərin) səviyyəsi də azalıb.

Müəlliflər belə nəticəyə gəliblər ki, uzunmüddətli aşağı karbohidratlı pəhriz ikinci tip diabet və yağ metabolizminin pozğunluğu olan xəstələr üçün faydalı ola bilər.

Karbohidratlar insan orqanizminin ilk növbədə enerji üçün istifadə etdiyi birləşmələrdir. Şirniyyat, meyvə və çörək məhsulları karbohidratlarla zəngindir. Ənənəvi olaraq hesab olunur ki, şəkər səviyyəsinin yüksəlməsinin qarşısını almaq üçün diabet zamanı onları ciddi şəkildə məhdudlaşdırmaq lazımdır.(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun