Çikaqodakı Rush Universitetinin alimləri müəyyən ediblər ki, hər gün popkorn yemək beyin fəaliyyətinə müsbət təsir göstərir.
E-saglam.az xəbər verir ki, tədqiqat Neurology jurnalında dərc olunub.
Müəlliflər orta yaşı 75 olan 3300 böyükdən alınan məlumatları təhlil ediblər. İştirakçılar demensiyadan əziyyət çəkməyiblər. Hər üç ildən bir onlardan nə qədər bütöv taxıl yedikləri soruşulub, həmçinin koqnitiv qabiliyyət və yaddaş testlərindən keçmələri istənilib.
Məlum olub ki, gündə üç və ya daha çox porsiya tam taxıl yeyən könüllülər, bu qidaların demək olar ki, heç birini yeməyənlərlə müqayisədə koqnitiv performansda daha az azalma müşahidə ediblər. Alimlər tam taxıl məhsulları kimi yüngül duzlu popkorn, quinoa və dənli bitkiləri təsnif etdilər.
Mütəxəssislər tam taxıl yeməyin demans riskini niyə azaldırdığına əmin deyillər. Bununla belə, onlar bu cür qidaların qan şəkərinin səviyyəsini tənzimləməyə və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək etdiyini təklif etdilər.
Tərcümə: Könül Oruc