Tibbi xəbərlər
Arıqlamaq istəyənlərin BÖYÜK XƏTASI
Tibbi xəbərlər
178

Arıqlamaq istəyənlərin BÖYÜK XƏTASI

Həkim və qidalanma üzrə məsləhətçi Barbara Kovalenko ilə diyetoloq Bricit Makdonald arıqlamaq istəyənlərin xətalarından danışıb.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin açıqlamaları "Shefinds" portalında yayımlanıb. Həkimlər izah edib ki, daha az kalorili yemək arıqlamaq üçün əsas amil olmasına baxmayaraq, yeməkdən imtina etmək və ya yeməklər arasında uzun fasilələr mənfi nəticələrə səbəb ola, hətta bədənə zərər verə bilər.

Həkimlər eyni zamanda bildiriblər ki, yeməkdən imtina və onlar arasında uzun fasilələr maddələr mübadiləsini ləngidə bilər, orqanizmi aclıq rejiminə keçməyə məcbur edir. Bütün bunlar enerjiyə qənaət etmək üçün maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.

"Belə bir yanaşmanın nəticələri ağır ola bilər. Bu cür səhvlərin təkrarlanması bədəndə yağ toxuması ehtiyatlarının yığılması ilə nəticələnir. İkinci səhv pəhriz fonunda xroniki stressdir. Məsələ burasındadır ki, əsəb gərginliyi də insanın maddələr mübadiləsinə mənfi təsir göstərir və buna səbəb stress hormonu - kortizolun bədəndə piylərin yığılmasını stimullaşdırmasıdır. İnsan daimi stress vəziyyətində olarsa, onun çəkisi nəinki sabitləşəcək, əksinə artmağa başlaya bilər. Bunun qarşısını almaq üçün yoqa və meditasiya edə bilərsiniz - bu, bədəndəki kortizol səviyyəsini normallaşdırmağa kömək edəcək", - ekspertlər yekunda bildiriblər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun